Təsdiqləndi: “EgyptAir”in layneri partladılıb
Bizi izləyin

Dünya

Təsdiqləndi: “EgyptAir”in layneri partladılıb

“EgyptAir “aviaşirkətinin “Airbus A320” təyyarəsinin qəzası zamanı həlak olanların analizi laynerin içində partlayışın olduğunu göstərir.

Publika.az xəbər verir ki, bu haqda ekspert-kriminalistlərə istinadən “Associated Press” agentliyi bildirib.

İstintaq qrupuna daxil olna ekspertlərdən biri qalıqların müayinəsində şəxsən iştirak edib. O, bildirib ki, Qahirəyə ayrı-ayrı bədənlərdən 80 hissə çatdırılıb: “Onların arasında bədəni bütöv olan heç bir cəsəd yoxdur. Bu, onu göstərir ki, təyyarənin içində partlayış baş verib”, - kriminalist deyib.

Amma eyni zamanda bildirilir ki, partlayıcı maddələrin izləri hələ tapılmayıb.

İstintaq qrupunun fransalı nümayəndəsi isə “Sputnik” agentliyinə açıqlamasında laynerin içində partlayış olması barədə fikirləri təkzib edib.

“Hələ ki, partlayışın olduğuna dair heç bir əlamət yoxdur. Nə qədər ki “qara qutu”lar tapılmayıb, bunu təsdiq etmək mümkün deyil. Bunun üçün xeyli vaxt lazım olacaq”, - deyib.

Qeyd edək ki, "EgyptAir" aviaşirkətinin MS804 reysi ilə hərəkət edən təyyarə mayın 18-də gecə saatlarında Parisdən havaya qalxıb. Qahirəyə uçan təyyarə Aralıq dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 66 nəfər - 3-ü kiçik uşaq olmaqla 56 sərnişin və 10 ekipaj üzvü (üçü təhlükəsizlik xidmətinin üzvü olub - red.) olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm