“Rusiya ilə müharibəyə qədər...” – Britaniyalı politoloqdan ŞOK İDDİALAR
Bizi izləyin

Dünya

“Rusiya ilə müharibəyə qədər...” – Britaniyalı politoloqdan ŞOK İDDİALAR

“Qərb oyanmalı və vəziyyəti Rusiya ilə müharibəyə qədər çatdırmamalıdır”.

Publika.az xəbər verir ki, bunu Britaniyanın Rusiya üzrə məşhur politoloqu və mütəxəssisi, Kent universitetinin professoru Riçard Sakva “The Conversation” üçün yazdığı məqaləsində bildirib.

Politoloq qeyd edib ki, Qərb Rusiya ilə hərbi münaqişəyə hərəkət etdiyini dərk etmir. Sakvanın sözlərinə görə, baxmayaraq ki, Avropa Birliyi sülh layihəsi olmalıdır, amma hansısa səbəblərdən Avropanı əhatələyən Ukrayna, Moldova, həmçinin Şimali Afrika və Şərqi Aralıq dənizi ölkələri atəş altındadır.

“Əslində potensial münaqişə ocaqlarından hansında hadisələrin birbaşa qarşıdurmaya keçə biləcəyini demək mümkün deyil”, - Sakva şikayətlənir.

O, NATO-nun Rumıniyada bu yaxınlarda hava hücumundan müdafiə bazasını açmasını və Amerika hərbi gəmilərinin Rusiya sərhədlərindən bir neçə kilometr uzaqlıqda, Baltika və Qara dənizlərdə nümayişkaranə şəkildə keçirdiyi təlimləri xatırladır. Politoloq bildirir ki, Rusiya hərbi ittifaqın bu addımlarını öz təhlükəsizliyinə birbaşa təhdid kimi qəbul edir, cavab olaraq Kalininqrad və ya Krımda nüvə döyüş başlıqlarını yerləşdirməyə hazırlaşdığını göstərir.

Bundan başqa, Rusiya bu il “Prometey” S-500 zenit-raket kompleksini sınaqdan keçirəcək. Kompleks qitələrarası ballistik raketləri, hipersəsli qanadlı raketləri və təyyarələri məhv etməyə qadirdir.

Bəzi qərb analitikləri hesab edirlər ki, Rusiya-NATO müharibəsi qaçılmazdır. Sakva Britaniya generalı Aleksander Riçard Şireffin “2017: Rusiya ilə müharibə” kitabına istinad edir. General bu kitabda iddia edir ki, Rusiya Krıma quru dəhlizi açmaq üçün Şərqi Ukraynanı tutacaq, həmçinin Baltikyanı ölkələrə hücum edəcək.

Britaniya analitiki qeyd edir ki, bu cür ağılsız fantaziyalar NATO nümayəndələrinin düşüncəsində möhkəm kök salıb. O, həmçinin 2016-cı ilin fevralında BBC-da göstərilən filmi xatırladır. Filmdə Rusiyanın Latviyaya hücumunun hipotetik ssenarisi işlənmişdi. Sakvanın fikrincə, Rusiyanın təcavüzü haqqında fikirlər vəziyyəti yalnız ağırlaşdırır.

Riçard Sakva Rusiyanın dünyada nüvə silahının ən böyük arsenalına malik super dövlət olduğunu xatırladıb və bildirib ki, bu arsenal Qərb silahlı qüvvələri üçün sadəcə əlçatmazdır.

"Sanksiyaların sonsuz uzadılması və günah keçisinin axtarışı hətta ən kiçik hadisəni asanlıqla nəzarətdən çıxara bilər. Bizim nəslimiz hər şeyi etməlidir ki, bu heç vaxt baş verməsin”, - Sakva yekunlaşdırır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm