İş adamı işıqforda dayananda güllələndi – FOTOLAR
Bizi izləyin

Dünya

İş adamı işıqforda dayananda güllələndi – FOTOLAR

Türkiyədə tanınmış nəqliyyat şirkətinin rəhbəri olan iş adamı, 4 uşaq atası olan Lokman Kazan öz avtomobilində naməlum şəxslər tərəfindən güllələnib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə 2 nəfər tərəfindən törədilib.

Hadisə şahidləri deyib ki, iş adamı “33 DOK 81” dövlət nömrə nişanlı avtomobili ilə Mersinin Mezitli bölgəsindən keçən zaman yolda quraşdırılan işıqforun qırmızı işığında dayanıb.

Bu zaman motoskletlə 2 nəfər iş adamının avtomobilinə yaxınlaşaraq ona silahla atəş açıblar. Qatillər daha sonra hadisə yerini tərk ediblər. İş adamı 4 güllə yarası alaraq, hadisə yerində keçinib. Hadisədən sonra əraziyə polis qrupu gəlib. Hazırda araşdırmalar aparılır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm