Türkiyəyə yeni erməni köçü başladı - Yeniləndi - Video
Bizi izləyin

Dünya

Türkiyəyə yeni erməni köçü başladı - Yeniləndi - Video

Əsəd erməni kartından istifadə etməyə başlayıb

18 erməni mənşəli suriyalı Türkiyəyə sığındı

Suriyanın Laziqiyyə şəhərinə bağlı Keseb qəsəbəsi və ətrafında idarəni ələ keçirən müxaliflər, Türkiyəyə sığınmaq istəyən erməni mənşəli 18 suriyalını Türk səlahiyyətlilərə təslim etdi.

Əsəd rejiminə bağlı birliklərlə müxaliflər arasında, Keseb qəsəbəsi və ətrafındakı qarşıdurmalar təxminən 12 gündür davam edir.

Mikroavtobusla mahal mərkəzinə gətirilən erməni mənşəli suriyalılar, müəllim evində qonaq edildi. Yayladağı Baş məmuru Turan Yılmaz, "Sizləri burada qəbul etməkdən çox məmnunuq. Ölkəmizin qapısı, zərər çəkmiş olan hər kəsə açıqdır "dedi.

04-05 11:55:20

Əhalisinin əksəriyyətini ermənilər təşkil edən Suriyanın Keseb qəsəbəsində ermənilərin öldürüldüyü ilə bağlı iddialar son günlər dünyanın gündəm mövzularından birinə çevrilib.

Publika.Az – ın verdiy xəbərə görə, qəsəbədən qaçaraq Türkiyəyə sığınan iki yaşlı erməni qadın oradakı vəziyyətlə bağlı “Aqos” qəzetinə danışıb. Onlar hazırda Türkiyənin Hatay vilayətindədir.

Əhalisinin üçdə ikisini ermənilər təşkil edən qəsəbə hazırda müxalifətin əlindədir. Erməni diasporu başda olmaqla bəzi beynəlxalq güclər Türkiyənin ermənilərə qarşı hücumlarda barmağının olduğunu iddia edir. Türkiyəyə sığınan bu ermənilər səslənən iddilara cavab olaraq “elə olsaydı, Türkiyə hökuməti bizlərə niyə sahib çıxsın?” deyir.

Onlar Kesebdəki hücumların məhz ermənilərə qarşı olmadığını, bütün Suriya əhalisinin olduğu kimi onların da vətəndaş müharibəsindən zərər şəkdiyini deyir.

O halda bu iddialar necə ortaya çıxır? “Hürriyyət” yazır ki, Suriya dövlət başçısı Bəşər Əsəd beynəlxalq cəmiyyətin dəstəyini almaq üçün bu günə qədər terror kartından istifadə etdi. Qəzet rejimin indi də erməni kartından istifadə etdiyini deyir?

“Əsəd 20 Yanvarda AFP-yə verdiyi müsahibədə “Suriyadakı terror vəhşiliyi osmanlıların 1,5 milyon ermənini öldürdüyü qırğınları xatırladır” deyərkən də bunun siqnalını vermişdi. Ermənistan prezidenti Serj Sarkisyan ötən həftə Əsədə məktub yazaraq erməni əhalisini qoruduğu üçün təşəkkür etdi. O, Avropa ölkələrindən də Türkiyəyə təzyiq edilməsini istədi. Amma qırğından qaçan ermənilər indi Türkiyədədir. Hər şeydən əhəmiyyətli olan irq və din fərqliliyinə baxmayaraq, Kesebdə zərər çəkmiş olan hər kəsə Türkiyənin qapılarını açmasıdır”.

Türkiyəyə sığınan 82 və 84 yaşındakı Satenik və Sirpuhi Titizyan baçıları qəsəbə əhalisinin Lazikiye və Tartus kimi şəhərlərə qaçmaq məcburiyyətində qaldığını bildirir. “Saqqallı adamlar evimizə gəldi. 10 nəfər idi. Silahımısın olub-olmadığını soruşdular. “Nə oğlumuz, nə də ərimiz var, silah nəyimizə lazımdır” dedik. Çıxıb getdilər”, - erməni qadınlardan biri söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm