İsrail kəşfiyyatının sabiq şefi Ərdoğanın gücündən danışdı
Bizi izləyin

Dünya

İsrail kəşfiyyatının sabiq şefi Ərdoğanın gücündən danışdı

Publika.Az “euroasiya.com” saytına istinadən İsrail kəşfiyyatının keçmiş rəhbəri Yakov Kedminin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamasını təqdim edir.

Publika.Az “euroasiya.com” saytına istinadən İsrail kəşfiyyatının keçmiş rəhbəri Yakov Kedminin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamasını təqdim edir.

İsrailin ictimai xadimi Yakov Kedmi Ərdoğanın şəxsiyyəti, xarakteri və niyyətləri haqqında aşağıdakıları bildirib: “R.T. Ərdoğan Türkiyədə ən güclü siyasətçidir. Onunla Türkiyədə heç kim rəqabət apara bilməz. Avropa təfəkkürü ilə Ərdoğanın hakimiyyət idarə etməsinin nə qədər demokratik olmasını söyləmək çətin olsa da, onun hələ gələcəkdə də Türkiyəni idarə edəcəyini söyləmək mümkündür. O Türkiyədə yeni qüvvələrlə, o cümlədən Rusiya, Çin və Hindistana istiqamətləndirilən prinsiplərə əsaslanan siyasi strategiya yürüdür. Avropa və Amerikanın bir sıra dövlətlərin daxili işlərinə müdaxilə edərək, onların rejimlərini dəyişmək cəhdləri digər dövlətləri narahat edir. Xüsusən də, heç bir siyasi şərt qoymayan Rusiya, Çin və Hindistanla müqayisədə, Türkiyə daha çox narahatçılığını nümayiş etdirir. Beləliklə, Türkiyənin Aİ-dan uzaqlaşması, Aİ, ABŞ və NATO ilə münasibətləri nəzərə alaraq, Türkiyə üçün yeni siyasi fazaya keçid kimi qiymətləndirilə bilər. Əsasən də Sovet İttifaqının dağılması və Rusiyanın hər hansı bir ideoloji ekspansiyadan imtina etməsinə görə, Türkiyə Rusiyanı təhlükə olaraq görmür. Lakin Türkiyənin NATO-ya üzv olması məsələsi bu iki dövlət arasında münasibətləri xeyli çətinləşdirir. Buna görə də NATO-nun Türkiyənin təhlükəsizlik maraqlarına və ya əksinə nə qədər xidmət etməsi gələcəkdə müzakirə obyekti ola bilər”.

C. Axundzadə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm