Şalvarlı və hicablı bələdiyyə sədri - Video
Bizi izləyin

Dünya

Şalvarlı və hicablı bələdiyyə sədri - Video

Şalvarlı və hicablı bələdiyyə sədri - Video

Eskişehirin Mihalgazi Mahalında bələdiyyə sədrliyinə AKP-dən namizəd olan Zeynəb Akgün qazandı. Universitet məzunu olan Akgün, məhəli geyimindən imtina etmədi. Akgün, başında yaşmağı, üzərində də şalvarıyla vəzifəyə başladı.

Publika.Az türk mediasına istiandən xəbər verir ki, Akgün, iş həyatına yerli paltarlarıyla davam edəcəyini söyləyərkən, protokol qaydalarının tələb etdiyi vəziyyətlərdə isə rəsmi paltarlar istifadə edə biləcəyini söyləyib . Akgün, xüsusilə qadınların səsi olmağı hədəflədiyini və mahalda qadınlara müsbət ayrı-seçkilikçilik etmək istədiklərini də dilə gətirib.

"Bizim buranın yerli paltarı budur. Bizim burada xanımlar ümumiyyətlə bu paltarı seçərlər. Biz də paltarımızı bu istiqamətdə istifadə edirik. Mühit nəyi tələb edir onu tam bilməyirəm, rəsmi açılışlarda görüşmələrdə necə olar bilməyirəm amma iş həyatım, iş həyatım böyük bir ehtimalla bu paltarla davam edəcək. Mən seçkilərə bu şəkildə mədaxilim, həyatımı bu şəkildə davam etdirdim, bundan sonra da bu şəkildə davam etdirməyi düşünürəm. Xidmətdə paltarın deyil, yalnız insanların fikirinin, xidmət edə bilmə yarışındakı prioritetin əhəmiyyəti var".

O deyib ki, xanımların həyatlarının asanlaşdırmaq istəyir: " Çox zəhmətsevər bir cəmiyyətik. Buranın xalqı o qədər təmiz və o qədər dürüstdür ki Allaha çox şükr qapılarımızı da hələ kilidləmədən yatarıq. Buna baxmayaraq deyirik ki, xanımlara bir ayrı-seçkilikçilik olsun, Müsbət bir ayrı-seçkilikçilik olsun".

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm