Ərəb şeyxinin 60 gözəl qızı İtaliyanı şoka saldı
Bizi izləyin

Dünya

Ərəb şeyxinin 60 gözəl qızı İtaliyanı şoka saldı

Ərəb şeyxinin 60 gözəl qızları İtaliyanı şoka saldı

İtaliyanın Venesiya şəhərində sakinlər çox maraqlı bir hadisə ilə qarşılaşıb. Alış-verişə çıxan Dubay şeyxi ödənişləri həyata keçirmək üçün özü ilə mağazalara qız ordusu aparmaq niyyətindədir.

1 aprel zarafatı kimi görünsə də ayın 1-i ərəb şeyxi İtaliyada iş vakansiyası elan edib. Vakansiyaya 60 nəfər lazım idi. Belə ki, iş vakansiyasına tələb olunan şərtlər bunlar idi: namizəd zövqlü, cazibədar, 18-28 yaş arası qadın olmalı, Venesiya bölgəsində yaşamalı, ingiliscə danışmalı (Ərəb və Fransız dili üstünlük idi) və ən əsası, güclü bazarlıq qabiliyyətinə malik olmalı idi.

Bu işin əvəzində isə qadınlar günə 100 avro (138 dollar) almaqla yanaşı Dubay şeyxi ilə onun şəxsi təyyarəsində uçaraq Madrid, Paris, London, Stokholm, İbiza, Milan və Venesiya şəhərlərində bahalı oteldə qalacaq və müxtəlif nahar stolu və digər mərasimlərdə iştirak edəcəklər. Qadınların isə rolu şeyxin çoxsaylı arvad və qızlarına bazarlıqda kömək etməkdir.

İtalyan dəb agentliklərindən biri bu məlumatın doğruluğunu təsdiqləyib və bildirib ki, italyan qadınların yaxşı dəb zövqü olduğu üçün məhz italyana ehtiyac duyulub.

Artıq 100 qadın öz namizədliyini irəli sürüb.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm