Rusiya hökumətinin yeni rəhbəri o olacaq? – ŞOK GEDİŞ
Bizi izləyin

Dünya

Rusiya hökumətinin yeni rəhbəri o olacaq? – ŞOK GEDİŞ

Rusiyanın baş naziri Dmitri Medvedevi Aleksey Kudrin əvəzləyəcək.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Nəşr qeyd edib ki, sentyabr ayında Rusiya hakimiyyətində ciddi dəyişikliklər olacaq. Ən böyük dəyişiklik isə Medvedevin Kudrin ilə əvəzlənməsidir.

Lakin Kreml bu informasiyaları təkzib edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “hökumətin gələcək istefaları” ilə bağlı mövzular yeni deyil: “Biz bilirik ki, onların hamısı mütəmadi olaraq qəhvə falına baxır və hökumətin müxtəlif üzvlərinin istefası ilə bağlı öncədən əminliklə proqnoz verirlər. Bu tip xəbərləri o qədər yazırlar ki, nəticədə diqqəti cəlb edir”.

D. Peskov yazılanların həqiqətə uyğun olmadığını bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm