Dünya
Hazırlıq №1: Poroşenko müharibə əmri verdi
Ukrayna prezidenti Pyotr Poroşenko təhlükəsizlik orqanlarının rəhbərləri ilə müşavirə keçirib.
Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda “Twitter”dəki səhifəsində dövlət başçısının mətbuat xidməti bildirib.
Məlumata görə, Pyotr Poroşenko Krım Muxtar Respublikası ilə inzibati sərhəddə və Donbasdakı təmas xəttində yerləşən rayonlarda döyüş hazırlığını gücləndirməyi tapşırıb.
Qeyd edək ki, dünən Rusiya və Ukrayna arasında münasibətlər kəskinləşib. Rusiya tərəfinin açıqladığı məlumata görə, Krıma daxil olmağa cəhd edən diversantların iki qrupu ilə baş verən toqquşmalarda iki Rusiya zabiti həlak olub, bir neçəsi yaralanıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin versiyasına görə, səs-küylü terror aktları hazırlayan bütöv agentura şəbəkəsi hərəkət edirdi.
Rusiya prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinin terror təcrübəsinə keçdiyini bildirib. O, rusiyalı hərbçilərin həlak olmasına laqeyd qalmayacağına söz verib. Dövlət başçısı, eyni zamanda, Çində sentyabr ayında keçirilməsi planlaşdırılan “Normandiya formatı”nın görüşünü mənasız adlandırdı.
Ukrayna prezidenti Pyotr Poroşenko Krımda terror aktlarının hazırlığında Ukraynanın ünvanına səsləndirilən ittihamları “fantaziya” adlandırıb. Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko isə bildirib ki, Ukraynanın ünvanına səsləndirilən terrorizm ittihamları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət edəcək.
Ömər Dağlı
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."