Hillari Klintona ayaqqabı atdılar
Bizi izləyin

Dünya

Hillari Klintona ayaqqabı atdılar

Hillari Klintona ayaqqabı atdılar

ABŞ-ın sabiq dövlət katibi Hillari Klintona ayaqqabı atıblar. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Klinton "Institute of Scrap Recycling Industries" qeyri-kommersiya təşkilatının qurultayında çıxış edərkən baş verib.

Onun nitqini dinləyən bir qadın ayaqqabısını Klintona atıb. Hadisə nəticəsində siyasətçi xəsarət almayıb.

Klinton hadisəyə yumor ilə münasibət bildirib.

"Aman Allah, mən bilmirdim ki, bərk məhsulların utilizasiyası belə provokasion mövzudur", - o deyib.

Ayaqqabı atan qadını isə təhlükəsizlik xidmətinin əməkdaşları dərhal saxlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm