400 keşiş pedofilliyə görə rütbələrindən məhrum edildi
Bizi izləyin

Dünya

400 keşiş pedofilliyə görə rütbələrindən məhrum edildi

2011-2012-ci illərdə pedofilliyə görə rütbəsi əlindən alınan keşişlərin sayı 2008-2009-cu illərə nisbətən 2 dəfə artıqdır

2011-2012-ci illərdə pedofilliyə görə rütbəsi əlindən alınan keşişlərin sayı 2008-2009-cu illərə nisbətən 2 dəfə artıqdır.

Keçmiş Roma papası XVI Benedikt 2011-2012-ci illərdə pedofillikdə şübhəli bilinən 400 keşişi rütbəsindən məhrum edib.

Milli.Az xəbər verir ki, bu barədə anspress AP agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, 2011-2012-ci illərdə pedofilliyə görə rütbəsi əlindən alınan keşişlərin sayı 2008-2009-cu illərə nisbətən 2 dəfə artıqdır. Agentlik qeyd edir ki, bundan əvvəl Vatikan ehtimal edilən əxlaqsızlığa görə yalnız aşkarlanan keşişlərin sayı haqqında məlumat verirdi.

Agentliyin Vatikandan aldığı sənəd BMT-nin Uşaq Hüquqları Komitəsinin Cenevrədə qarşıdan gələn iclasına hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm