Qorbaçov cavab verdi
Bizi izləyin

Dünya

Qorbaçov cavab verdi

Qorbaçov cavab verdi

Ötən gün Rusiyanın Dövlət Dumasının deputatları baş prokurora müraciət ediblər.

AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müraciətdə SSRİ-nin dağılmasında günahkar olanların, o cümlədən, sabiq prezident Mixail Qorbaçovun cinayət məsuliyyətinə cəlb olunması tələb olunub.

Qorbaçov onu ittiham edən Dövlət Dumasının bəzi deputatlarının müraciətini ağılsızlıq kimi dəyərləndirib. Onun sözlərinə görə, bu cür müraciətlər bəzi deputatlar üçün piar xarakteri daşıyır: “Onlar istəyirlər ki, adları daim hallansın və gündəmdə olsunlar. Lakin bu düşünülməmiş müraciət tarixi faktlar baxımından əsasızdır. Əgər paxıllıqdırsa, burada fəxr ediləsi heç nə yoxdur. Onlar həmin deputatlardır ki, dəfələrlə pensiyalarının qaldırılması xahişi ilə prezidentə müraciət ediblər. Lakin bu müraciətləri dinləyən belə olmayıb.

Mənim varlığım kimlərisə narahat edir. Ona görə də son 20 gün ərzində neçə dəfə ölümümlə bağlı xəbər yayıblar. Bu cür insanların vicdanı yoxdur. Mən onsuz da belə bəyanatlara fikir vermirəm. Yalnız öz işlərim və səhhətimlə məşğulam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm