Dünya
“Rusiyanın böyük ordusu...” – Putin FAKT QARŞISINDA
“Donbasın işğal edilmiş rayonlarında Rusiyanın 700-dən çox tankı, 1250 artilleriya sistemi, 1000-dən çox zirehli maşını və 300 reaktiv atəş sistemi var”.
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Amerikanın CNN telekanalına deyib.
Prezidentin sözlərinə görə, Rusiyanın böyük ordusu əraziləri işğal edir və Ukraynaya hücum edir: “Rusiya ordusu 72 kilometr Ukraynanın içinə girdi. Rus hərbçiləri hücum əməliyyatları həyata keçirərək Ukrayna əsgərləri və dinc əhalini öldürürdülər. Bu məlumatlar məhkəmədə Rusiya hərbçilərinin ifadələri ilə də təsdiq edilib”.
Moskvanın ittihamları rədd etməsinə gəlincə, Poroşenko vurğulayıb ki, 2014-cü ilin avqustunda Ukrayna hərbçiləri Rusiyanın 22 desantçısını saxlamışdılar.
“Biz onları bütün dünyaya göstərdik. Onların valideynləri övladlarının əfv edilməsini məndən xahiş edirdilər. Daha sonra biz Rusiya nişanları olan tankları göstərdik. Rusiya rəhbərliyi onların itdiyini bildirdi”, - Pyotr Poroşenko vurğulayıb.
Ömər Dağlı
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO