Gülən icması Afrikanı belə fəth edir
Bizi izləyin

Dünya

Gülən icması Afrikanı belə fəth edir

Nigeriya, Anqola, Cənubi Sudan və Uqanda Səhra altı Afrikanın ən böyük neft yataqlarına malik ölkələridir.Uqandada təxminən 3,5 milyard barel neft olduğu deyilir

Türkiyədə dini icmanın lideri, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin səs yazılarında bəhs olunan Uqandadakı neft ayırma zavodu layihəsi ilə bağlı yeni xəbərlər yayılıb.
Qeyd edək ki, Publika.Az –ın da yayımladığı Türkiyədən bir şəxslə danışan F. Gülənin səs yazılarında Uqanda məsələsi haqqında söhbət belə olub.

“-Bir də əfəndim, Uqanda nazirindən xəbər gəldi. Orda bir neftayırma zavodu var. Uzun müddətdir gündəmdə idi. “Türkiyədən böyük bir firma gətirsəniz məmnun olarıq” dedilər. Onlara (Koç Holdinq) təklif edək? Bu məsələ ilə bağlı onların da əlaqəsi var.

-Fətullah Gülən: Onlardan olmayan bir başqası belə ağır yükün altına girə bilərmi?

-O yükün altına girə biləcək bir insan çevrəmizdə yoxdur əfəndim. Türkiyədəkilər böyüklər əfəndim, əsasən içəridə şeylərə girirlər. Onların (Koç Holdinq) “Sizin göstərəcəyiniz insanlarla ortaqlıq etmək istəyirik” kimi bir yanaşmaları da var. İstəyirsinizsə bir az da danışıq aparaq.

-Fətullah Gülən: Elə edək. Biz az da dediyimizi edəcək, deyəcəyimiz şeyləri deyərkən rahat ola biləcəyimiz biri olsa daha yaxşı olar. Olmazsa onlara verərik.


-Baş üstə əfəndim”.

Daha sonra 1 noyabr 2013-cü il tarixli telefon danışığında eyni məsələyə yenidən toxunulur.

“-Bu dostlarımıza Uqandadan ananas zad gəlib. Əfəndim onlara göndərmişdim. Bu gün Koç təşəkkür məktubu yazıb. Adama da zəng etdim. Köməkçisi ilə danışdım. Bu iftar məsələsini də orada təkrara görüşərkən Mustafa (Koç) bəyin Adnan bəy, Poladın aramasından narahat olduğunu dedi əfəndim. Mən Süleyman qardaşla da bölüşdüm bunu, dedim özünə. Hər-hansı bir şey olarsa, mən görüşdürüm, “federasiya sədrini tanış etdik onsuz da” dedim. Siz arada qalsanız ən azından bizim üstümüzə atın. Siz Adnan bəylə pis olmayın dedim. Belə bir şey çıxdı ortaya xocam.

-Fətullah Gülən: Məncə məsələni həll edin. Yumşaqlıqla inşallah”.



Publika.Az türk mediasına istinadən xəbər verir ki, adı çəkilən neftayırma zavodu Uqanda üçün olduqca talyüklüdür. Çünki bu reallaşarsa, ölkənin ilk neft zavodu olacaq. Gündə 60 min barel neft ayırma qabiliyyətinə malik olacaq zavod 3 milyard dollara başa gələcək. Zavodun 2017-18-ci ilə qədər hazır olması gözlənilir. Zavod Uqandanın Qərbində inşa ediləcək. Zavodda çinlilərin CNOOC, fransızların Total SA və ingilislərin Tullov Oil şirkətlərinin çıxardığı xam neft hazır vəziyyətə gətiriləcək. Bu layihənin həyata keçirilməsi üçün lazım olan maliyyənin 40 faizini Uqanda, 60 faizinin isə tenderi qazanan şirkət tərəfindən ödəbiləcəyi deyilir. Zavodda hazırlanan məhsullar təkcə Uqanda da deyil, Afrika bazarlarına da çıxarılacaq.

Siyahıda türk şirkəti yoxdur

Beynəlxalq mediada yayılan xəbərlərə görə, ötən ilin oktyabr ayında zavod üçün elan edilən tenderə dünya üzrə 75 firma qatılsa da, son siyahıda 6 şirkət qalıb. Bu şirkətlər Çinin “China Petroleum Pipeline Bureau”, Yaponiyanın “Merubeni Corporation”, İngiltərənin “Petrofac”, Rusiyadan “RT-Global Resources”, Cənubi Koreyadan “SK Energy” və Hollandiyadan “Vitol”dur.

Uqanda və neft...

Nigeriya, Anqola, Cənubi Sudan və Uqanda Səhra altı Afrikanın ən böyük neft yataqlarına malik ölkələridir.
Uqandada təxminən 3,5 milyard barel neft olduğu deyilir. Neftayırma zavodunun da gündəlik istehsal həcmi 60 min barel olacağı gözlənilir. Uqandanın Qərb hissəsində “Hoima” da inşa ediləcək. Neftayırma zavodunda istehsal ediləcək məhsullar Uqanda ilə yanaşı, Ruanda, Burundi, Sudan, Keniya və Tanzaniya kimi ölkələrə də veriləcək. Zavodda dizel, benzin, qaz yağı, reaktiv yanacaq və LPG kimi neft məhsulları istehsal ediləcək.

İftar üçün sponsorluq

14 oktyabr 2013-cü il tarixində F. Gülənlə telefon danışığında Koç qrupuna aid Tüpraşda həyata keçirilən yoxlamalardan danışılır. Danışıqdan camaatın Tüpraş-a basqın olacağına dair xəbər verdiyi, Koç qrupunun təşəkkür etdiyi və bunun əvəzini vermək üçün Türk dili olimpiadalarına sponsor olmaq istədiyi aydın olur.

Həmin dialoq belədir:

“-Əfəndim, zati-alinizlə görüşdükdən sonra ötən gün Mustafa bəy zəng etdi, Koç (Mustafa Koç). Bir müddətdir sizin orada, başkənddəydi (Vaşinqton). “Ailə içində də təsdiq etdilər” dedi. “Məmnuniyyətlə biz sponsor olmaq istəyirik” dedi. (Koç Holdinq türk dili olimpiadalarına sponsor olmaq istəyir). O danışıqdan sonra Adnan Polad bəy də özü zəng etdi, əfəndim.

-Fətullah Gülən: Bəli, yaxşı oldu. Onların (Polad) olması daha yaxşıdır. (Pola da sponsor olmaq istəyir). Onlara (Koç-Tüpraş məsələsi) qarşı da yuxarıdan bir pis rəftar var. Lakin maliyyə məsələləri daxil olmaqla problem olacaq tərəfləri yoxsa, bir şey edə bilməzlər. Üstlərinə müfəttişlər salınsa belə heç nə edə bilməzlər.

-Rahatdırlar əfəndim.

-Fətullah Gülən: Bəli. Hesab edirəm tədbir görüblər. Xəbərdardılar? (Tüpraşın yoxlanacağından xəbərləri vardır).

-Bəli əfəndim. Bu məsələ üçün təşəkkür etdilər. Dəvət etmək kimi məkanlarında bir şeylər edəkmi əfəndim. Bu məsələlərdə təmas quraqmı?

-Fətullah Gülən: yaxşı olar. Amma Böyük Patron bilməsin. Onunla təmas qurduğumuzu bilməsin.

-Başı üstə əfəndim. O məsələdə məncə bir təqib altındayıq. Bəzi məsələlər var. O gələn dostlar zati-alinizin o tərəfinə gəldilər. Bu günlərdə başıma bir hadisə gəldi. Gəlib sizə də danışacam. Məncə bu məsələdə ora ilə bağlı təqib edilirlər.

-Fətullah Gülən: Doğrudur”.


Qeyd edək ki, bu danışıqlardan sonra noyabr ayında Koç və Polat qrupları Lütfi Kırdarda təşkil edilən Məhərrəm orucu İftarının sponsorluğunu edirlər. Bununla yanaşı, Koç qrupu həm də türk dili olimpiadasına da sponsorluq edib.

Lobbiçilik hələ 2012-ci ildən başlayıbmış

“The Observer” qəzetində 2012-ci ilin 20 iyul tarixində yayımlanan xəbərdə “Milyard dollarlıq neft zavodu üçün beynəlxalq şirkətlər sıx şəkildə lobbiçilik işlərinə başladı. Çinin “CNOOC” və “China National Petroleum Corporation” şirkətləri ilə yanaşı, Fransa, Rusiya, Türkiyə və İran şirkətləri də lobbiçiliyə başlayıb” deyə bildirilir.

Baltaçı kimdir?

Telefon danışığında adı çəkilən Uqandadakı neftayırma zavodu layihəsi üçün ortağı olan iki ayrı ölkə ilə görüşdüyü deyilən iş adamı Fatih Baltaçı Rusiyadan təbii qaz idxalını həyata keçirir. Baltaçının şirkəti olan “Enerco”da Avstryanın OMV şirkəti səhmlərin 40 faizinə sahib olmaqla yanaşı, Rusiyanın “Qazprom”unun da şirkətə yaxın olduğu deyilir. Qərb kəmərindən ildə 2,5 milyard kubmetr təbii qaz idxal etmək imkanına sahib “Enerco” şirkətinə “Qazprombank”ın da ortaq olacağı xəbəri də yayılmışdı. Türkiyədə böyük yatırımları olan Azərbaycanın SOCAR şirkəti də Baltaçı və Fəttah Tamincə ilə təbii qaz ticarətində ortaq olublar.

Türk Hava Yolları Asiya bankından nə qədər pul çıxardıb?

F. Gülənin 25 dekabr 2013-cü il tarixli telefon danışığında adı keçən Asiya Bankı haqqında da yeni xəbərlər ortaya çıxıb.
Həmin telefon dan ışığında zəng edən şəxs Asiya Bankının pis vəziyyətdə olduğunu, müştərilərin pullarını bankdan çıxardığını deyir və “nə edək” deyə soruşur.

“-Əfəndim Ali bəyin işləri ilə bağlı. Böyük müştərilərdən bir neçəsi almış şeylərini (pullarını çəkiblər). Təbii ki, bu çox böyükdür. Bunlar içində hələ bəlli olmayan THY var, birdə bank var. O da alırsa bir az çətin olacaq kimi görünür. Bir azdan güman ki, dostlarla görüşəcəyik. Onlarla bu məsələni müzakirə etsəjk, öndə gedənləri 2001-ci ildə olduğu kimi şeylərini (paralarını) yatırmalarını istəsək uyğun olarmı?

-Fətullah Gülən: O əlinizdəki şeylər olmur? (camaat üzvlərinin qızıllarını nəzərdə tutur).

-Onlar azdır əfəndim.

-Fətullah Gülən: Eləmi?

-Bəli. Yəni böyük, lap böyük, dostları da panikaya-manikaya salmadan külli şeyin olması.

-Fətullah Gülən: Bunun yolu var?


-Əfəndim hazırda bəziləri ehtiyacdır deyib özləri əlaqə yaradıblar. Biz bunu aşarıq deyə bir şey olub, amma indiki görüntü THY nə edəcək, bəlli deyil? 300 küsur (THY-nin pulu 300 milyon türk lirəsi). Bir də o bankın 300 küsur. Elə böyük toplu şey edərslərsə, bunu etmələri böyük ehtimaldır. Çəkmə ehtimalları. Əfəndim dostlarla görüşərək, onlara yaxın çevrələrin yəni şeylərini (pullarını) oraya, 2001-ci ildə olduğu kimi yatıracaqlar.

-Fətullah Gülən: Bu mümkündürmü?

-Əvvəldən zatialinizin tövsiyəsi ilə 2001-ci ildə etmişdik.

-Fətullah Gülən: Edin, edin. Heç hiss etmədən tələsik edin. Tələsin”.


Bu danışıqdan sonra Asiya Bankından çıxarılan pulun 900 milyon türk lirəsi olduğu xəbəri yayıldı. Lakin rəsmi açıqlama verilmədi. Bununla yanaşı, bankın krizisdən çıxarılması üçün nə qədər pulun yatırıldığı da dəqiq deyil.
Telefon danışıqlarının ortaya çıxmasından sonra Türkiyə Hava Yolları (THY) açıqlama ilə çıxış edib. Açıqlamada deyilir ki, yayılan xəbərlərdə deyilən rəqəmlər doğru deyil və hələ də Asiya bankında THY-nin pulu var. Açılamada qeyd edilir ki, 17 dekabr olaylarından sonra bəzi ehtiyaclar üçün lazımı addımlar atılıb.
Əslində bununla THY bankdan pulunu çıxartdığını təsdiqləyir. Lakin nə qədər pul çıxartdığı və bankda qalan miqdarın nə qədər olduğunu açıqlamayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm