Dünya
Rusların ukraynalı zabitlərə verdiyi dəhşətli işgəncələr - VİDEO
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya kəşfiyyatının zabiti İqor Strelkovu axtarışa verib.
Ukraynanın şərqində diversiya əməliyyatlarına başçılıq edən İqor
Strelkov separatçı "Donetsk Xalq Respublikası”nın silahlı
qüvvələrinin komandanı təyin olunub.
Bu barədə qondarma rejimin rəhbəri Denis Puşil açıqlama verib.
Ukrayna Təhlükəsilik Xidməti İqor Strelkovun Rusiya kəşfiyyatı ilə
apardığı telefon danışıqlarını qeydə aldığını açıqlayıb. Ukrayna
mətbuatı İqor Strelkovun Krımdakı məlum hadisələrdə də iştirak
etdiyini iddia edib.
İqor Strelkov Rusiya mətbuatına verdiyi açıqlamasında Ukrayna
ordusuna meydan oxuyub. Bildirib ki, "Donetsk Xalq Respublikası”nın
özünümüdafiə qüvvələrinin kifayət qədər silahı və təcrübəli
döyüşçüləri var.
Onun sözlərinə görə, Ukrayna "Donetsk Xalq Respublikası”na qarşı
hücumları dayandırmasa, əlindəki ukraynalı əsirləri öldürəcək.
İqor Strelkov qeyd edib ki, "Donetsk Xalq Respublikası”na qarşı
vuruşanlar arasında millətçi ekstremsitlər də var: "Vəziyyətin
gərginləşməsi üçün onlar təxribatlar törədirlər. Biz ekstremistlərə
və muzdlulara atəş açmalı olsaq istər-istəməz Ukrayna ordusunun
əsgərlərini də öldürmüş olarıq".
Rusiya mətbuatının verdiyi xəbərə görə, "Donetsk Xalq
Respublikası"nın silahlı qüvvələri Ukrayna kəşfiyyatının 3 zabiti
əsir götürüb. Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin
zabitləri Qorlovka şəhərinə daxil olaraq yerli milis idarəsinə
nəzarət edən İqor Bezleri həbs etmək əmri aldıqlarını
bildiriblər.
Əsir götürülmüş zabitlərə işgəncələr verildiyi təqdim etdiyimiz
görüntülərdə yer alıb. /Ans/
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ
-
Magazin202:10
“Avroviziya-2024”ün bütün finalçıları məlum oldu