Tornado 12 can aldı
Bizi izləyin

Dünya

Tornado 12 can aldı

Amerika Birləşmiş Ştatlarının mərkəzi və cənub ştatlarından güclü tornado keçib. Bir neçə ştatda dağıntılar baş verib. "Associated Press" agentliyinin məlumatına görə, tornado qurbanlarının sayı 12 nəfərə çatıb.



Ölənlərdən 11-i Arkanzas ştatındandır. Arkanzas ştatının Litl Rok şəhərində də güclü dağıntılar olub. Yerli telekanallar təbii fəlakətdən zərər çəkmiş binaların və avtomobillərin kadrlarını yayımlayır. Bölgəyə dəyən ziyanın həcmi müəyyənləşdirilir.



Oklahoma hakimiyyəti də bir nəfərin ölümü, 6 nəfərin yaralanması barədə məlumat yayıb.



Hazırda tornado cənuba doğru hərəkət edir.


Kanzas, Missuri, Missipi, Nebraska, Ayova,Texas və Luizianada tornado ilə bağlı xəbərdarlıq edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm