Yanukoviç Ukrayna xalqına müraciət edib
Bizi izləyin

Dünya

Yanukoviç Ukrayna xalqına müraciət edib

Ukrayna prezidenti ölkə vətəndaşlarını dialoqa çağırıb və onların hüquqlarını qorumağı vəd edib.

Ukrayna prezidenti ölkə vətəndaşlarını dialoqa çağırıb və onların hüquqlarını qorumağı vəd edib.

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, Ukrayna prezidenti ölkədə ictimai sabitliyi və dinc vətəndaşların hüquqlarını müdafiəsini təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.

O, ölkədə baş verən son hadisələrlə əlaqədar Ukrayna xalqının müdrikliyinə inandığını bildirib.

Xatırladaq ki, bu gün Ukrayna paytaxtı Kiyevdə milislərlə müxalifət tərəfdarları arasında baş verən toqquşmalarda 200-dən çox insan xəsarət alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm