Dünya
Donetsk merindən xəbərdarlıq: Krım ssenarisi həyata keçirilir
Publika.az – ın unian.net saytına istinadən verdiyi məlumata görə, belə bir xəbərdarlıqla Donetsk şəhərinin meri Aleksandr Lukyançenko çıxışı edib.
Mətbuat konfransı keçirən mer Donetsk şəhərindən fərqli olaraq vilayətin şimalda yerləşən şəhərlərində belə bir ssenarinin həyata keçirildiyini deyib.
Qeyd edək ki, aprel ayında Rusiya tərəfdarı olan silahlı qruplar Donetsk vilayətinin şəhərlərində bir sıra inzibati binaları ələ keçirib. Maskalı silahlılar insanları oğurlayır və onlara işgəncə verirlər. Ukrayna Milli Təhlükəsizlik Xidmətinin dünən verdiyi məlumatında deyilir ki, Slavyansk şəhərində terrorçuların nəzarətində təxminən 40 nəfər var.
Aprelin 25-ində isə Slavyanskda separatçılar ATƏT-in 7 hərbi inspektorunu, Ukraynanın Silahlı Qüvvələrinin 5 zabitini tutub.
Slavyansk Şəhər Şurası regionun taleyi üzrə referendum üçün bülletenlərin formasını təsdiq edib. Bülletenlər 6 May tarixindən gec olmayaraq çap edilməlidir. Referenduma bir sual çıxarılacaq: Siz “Donetsk Xalq Respublikası”nın dövlət müstəqilliyi haqqında aktı dəstəkləyirsinizmi?
“Donetsk Xalq Respublikası”nın statusu haqqında referendum 11 Mayda keçiriləcək.
Xatırladaq, Ukrayna Konstirusiyasında bölgələrdə referendumun keçirilməsinə icazə verilmir. Ancaq bu Krımda qurulan qeyri-qanuni hakimiyyəti dayandırmadı. Yarımada ərazisində 16 Martda keçirilən “referendum”da əhalinin demək olar ki, 100 faizi Krımın Rusiya Federasiyasına birləşməsinə səs Verdi.
Rusiya prezidenti Vladimir Putin sonradan etiraf etdi ki, Krımdakı referendum Rusiya ordusunun iştirakı ilə keçirilib.
Ömər Dağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ