Moskva seçkilərin nəticəsini tanımağa hazırlaşır
Bizi izləyin

Dünya

Moskva seçkilərin nəticəsini tanımağa hazırlaşır

Moskva seçkilərin nəticəsini tanımağa hazırlaşır

Rusiya Ukraynada 25 May tarixində keçiriləcək prezident seçkilərinin nəticələrini tanıya bilər.

Publika.az – ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Bu ondan asılı olacaq ki, seçkilər necə keçiriləcək. Bu sualın cavabı seçkilərin nəticəsinin Rusiya tərəfindən tanınıb-tanınmayacağına aydınlıq gətirəcək”, - Rusiya XİN-in rəsmisi dilə gətirib.

Dövlət Dumasının MDB işləri üzrə komitənin sədri Leonid Slutski isə 15 Apreldə bildirmişdi ki, Rusiya Dövlət Duması Ukraynada keçiriləcək prezident seçkilərinə öz müşahidəçilərini göndərməyəcək: “Bir halda ki, Rusiya seçkilərin nəticələrini tanımır. Biz bu seçkilər tanımayacağıq".

Bundan iki gün sonra isə Rusiya prezidenti Vladimir Putin Moskvanın Ukraynanın yeni rəhbərliyini qeyri-legitim hesab etdiyini bildirib. “Buna görə də seçkilərin nəticəsini tanıya bilmərik. Çünki, prezidentliyə namizədlərə ölkənin cənub və şərq ərazilərində hücumlar edilir”, – Kreml rəhbəri söyləmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm