İrəvan Azərbaycanın AŞPA-ya sədrliyinə qarşı çıxdı
Bizi izləyin

Dünya

İrəvan Azərbaycanın AŞPA-ya sədrliyinə qarşı çıxdı

İrəvan Azərbaycanın AŞPA-ya sədrliyinə qarşı çıxdı

“Ermənifobiya və nifrətin alışdırılması Azərbaycanda adi hal olub”.

Publika.az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin parlamentində çıxışı zamanı deyib.

"Biz yaxşı anlayırıq ki, ermənifobiya və nifrətin alışdırılması Azərbaycanda adi hal olub. Düşünürəm ki, bu cür ölkənin yalnız Avropa Şurasında sədrliyi deyil, həm də üzvlüyü təşkilat üçün doğru hal deyil. Emənistan Azərbaycandakı ermənifobiyanın təzühürləri barədə məsələni daim Avropa Şurasında qaldırır”, - erməni nazir söyləyib.

Qeyd edək ki, mayın sonundan başlayaraq Azərbaycan Avropa Şurasına sədrlik edəcək və bu 2014-cü ilin sonuna qədər davam edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm