Prezidentin korteji partladıldı – 9 yaralı
Bizi izləyin

Dünya

Prezidentin korteji partladıldı – 9 yaralı

Dövlət başçısının təhlükəsizlik xidmətinin doqquz əməkdaşı yaralanıb.

Filippin prezidenti Rodriqo Dutertenin kortejinin yolunda partlayış olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısının təhlükəsizlik xidmətinin doqquz əməkdaşı yaralanıb.

Partlayış Minadanao adasında Maravi şəhərinin yaxınlığında baş verib. Partlayış dəqiqəsində avtomobil kortejində prezident olmayıb.

Bəzi məlumatlara görə, partlayışın arxasında “Maute” islam qruplaşmasının döyüşçüləri dayanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm