Dünya
Kiçik Kərimovdan ŞOK İDDİALAR: “Onun oxşarını tapıblar və...” - - VİDEO
“Anam sağdır, amma Özbəkistanda hamıya onun oxşarını göstərirlər”.
Publika.az xəbər verir ki, bunu Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun nəvəsi, Gülnarə Kərimovanın oğlu İslam Kərimov BBC-yə videomüsahibəsində deyib.
Müsahibə noyabrın 27-də verilib, amma BBC-nin veb-saytında özbək dilinə tərcümə olunmaqla çərşənbə axşamı yerləşdirilib.
Kiçik Kərimov bildirib ki, sonuncu dəfə - noyabrın 15-də kiçik bacısı İmanla ünsiyyət saxlayıb. İman qardaşına bildirib ki, onların anası Gülnarə Kərimova sağdır. Noyabrın 15-dən sonra anasının vəziyyəti haqqında uşaqlarına heç nə məlum deyil.
İslam Kərimovun sözlərinə görə, Gülnarə Kərimova Daşkənddə evdə həbs altındadır. Onu Özbəkistan Milli Təhlükəsizlik Xidməti nəzarətdə saxlayır. Ancaq İslam iddia edir ki, Özbəkistan hakimiyyəti onun oxşarını tapıb və şəhər üzrə avtomobillə gəzdirirlər. O, qeyd edir ki, bu, Gülnarənin azadlıqda olduğu görüntüsü yaratmaq məqsədilə edilir.
Özbəkistanın mərhum prezidentinin böyük qızının ev dustaqlığında saxlanılmasının səbəblərinə gəlincə, İslam bunu “siyasi məsələ” adlandırıb. Gülnarə Kərimovanın qızı 18 yaşlı İman Daşkənddə başqa bir iqamətgahda olur. O, öz anası ilə ayda bir dəfə ünsiyyət saxlamaq imkanına malikdir. Kərimov anasının ölüm xəbərlərini şayiə, sosial şəbəkədə anası, onun uşaqları və qohumlarının adına yaradilan hesabları isə saxta adlandırıb.
Daha əvvəl Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin adsız əməkdaşına istinadən bir sıra KİV-lər Gülnarə Kərimovanın noyabrın 5-də zəhərləndiyini və Daşkənd qəbiristanlıqlarından birində gizli şəkildə dəfn edildiyini iddia edib. Daha sonra kiçik Kərimov bildirib ki, informasiya həqiqətə uyğun deyil.
Ömər Dağlı
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ