• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Bu razılaşma Güləni qaytaracaqmı?- Detallar

  • Dünya
  • 2 May 2014 11:18
  • 727 Baxış
Bu  razılaşma Güləni qaytaracaqmı?- Detallar

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan 3 gün öncə ABŞ-da yaşayan dini lider Fəthullah Gülənin qaytarılması üçün hüquqi prosesin başlayacağını söylədi. Hüquqi baxımdan Gülənin qaytarılması nə dərəcədə mümkündür?

Publika.az – ın verdiyi xəbərə görə, Türkiyənin haberturk.com saytı maraqlı bir iddia ilə çıxış edib.

İddiaya görə, Ankara ABŞ-ın Pensilvaniya ştatında yaşayan dini liderin Türkiyəyə gətirilməsi üçün keçmiş prezident Kenan Evrenin ABŞ-la imzaladığı razılaşmaya istinad edəcək. Razılaşma 5 Noyabr 1980-ci ildə imzalanıb. Ancaq dini liderə qarşı irəli sürülən ittihamların ABŞ qanunlarına zidd olduğu müəyyənləşdirilərsə, Ankaranın tələbi Vaşinqton tərəfindən rədd ediləcək.

F.Gülənin qaytarılma istəyinə Ankara Respublika Baş prokurorluğunun ona qarşı irəli sürdüyü “hökuməti devirməyə təşəbbüs” və “cinayətkar təşkilat qurmaq” ittihamları da əlavə olunacaq. ABŞ qanunlarına görə, cinayətkar təşkilat qurmaq və ya təşkilatın üzvü olmaq ölkədən çıxarılmaq üçün kifayət edir. Bundan başqa, qaytarılması istənilən adamın hərəkətlərinin ABŞ-ın xarici siyasəti üçün ciddi mənfi nəticələr doğuracağı qənaəti yaranarsa, bu da həmin şəxsin qaytarılması üçün bir səbəbdir.

Türkiyənin Gülənin qaytarılması üçün etdiyi müraciət aşağıdakı hallarda ABŞ tərəfindən rədd edilə bilər:

-Qaytarılması istənilən şəxs ABŞ-da mühakimə olunub və bəraət qazanıbsa

-İddia edilən cinayət ABŞ və Türkiyədə daha əvvəl əfv mövzusu olubsa

-Qaytarılması istənilən adam 3-cü bir ölkədə mühakimə olunaraq bəraət qazanıbsa

ABŞ qanunlarına zidd davranmaq, qaçaqmalçılıq, saxta evlilik, narkotik asılılığı, odlu silahlardan cinayətlərin törədilməsində istifadə edilməsi, casusluq, dövlətə xəyanət, uşaq istismarı, sənədlərin saxtalaşdırılması, ABŞ-ın milli təhlükəsizliyini təhlükə yaradacaq cəhd, terror aktlarında iştirak, cinayət təşkilatlarına üzv olmaq, soyqırım və işgəncə cinayətlərində iştirak etmək, din azadlığıni pozmaq kimi hərəkətlərə yol verdiyi halda qaytarılması istənilən şəxs verilə bilər.

F.Gülənin ABŞ-dan gətirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin icra etdiyi proses Türkiyənin daha əvvəl etdiyi qaytarma tələblərini gündəmə gətirib. Türkiyə daha əvvəl İtaliyadan Abdullah Öcalanı, Belçikadan Özdəmir Sabancıya qarşı sui-qəsddə şübhəli bildiyi Fehriye Ərdalı və Avstriyadan cinayətkar təşkilatın lideri Alaattin Çakıcını istəmiş, amma tələbləri qəbul edilməmişdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR