Ərdoğan: “Putinə dedim ki, biz…”
Bizi izləyin

Dünya

Ərdoğan: “Putinə dedim ki, biz…”

“Putinə dedim ki, biz…”

“Rusiya prezidenti Vladimir Putinə dedim ki, biz alış-verişi yerli pulla edək. Mən nə alsam, Rus rublu ilə alacam, sən də nə alsan Türk lirəsi ilə alarsan”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan alışveriş mərkəzinin açılışında çıxışı zamanı deyib.

Prezident bildirib ki, Çin ilə də bu cür razılığa gəliblər: “Çinə də təklif etdim, onlar da müsbət qarşıladılar. Mərkəzi Bankarla təlimat verdik. Ticarəti bu yolla edəcəyik. Yastıqların altında nə varsa, bunu Türk lirəsinə çevirmək lazımdır. Bu zaman ölkəmiz qazanacaq”.

Ərdoğan yerli və xarici şirkətlərin Türkiyəyə inamlarını artırmalarını və yatırımlar etmələrini məsləhət gördüyünü deyib: “Bilirəm ki, razılığa gələ bilmədiyimiz insanlar və təşkilatlar var. İndi investorların çox olduğu məclisdəyik. Faiz məsələsini həll etməliyik. Tək olduğumu bilirəm, amma mücadiləni davam etdirəcəm".

Ərdoğan daha sonra əlavə edib ki, 15 iyulda xalq olaraq necə əlbirliyi ilə demokratiyaya sahib çıxdıqsa, indi də iqtisadiyyatımıza elə sahib çıxmalıyıq.


Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm