Netanyahunun qızıldan heykəli ucaldıldı - - FOTO
Bizi izləyin

Dünya

Netanyahunun qızıldan heykəli ucaldıldı - - FOTO

Təl-Əviv hakimiyyəti isə heykəlin sökülməsi barədə tapşırıq verib.

İsrailin Təl-Əviv şəhərinin mərkəzində ölkənin baş naziri Benyamin Netanyahunun qızıl suyuna salınmış heykəli ucaldılıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, İsrail heykəltəraşı İtaya Zalaita öz addımını ifadə azadlığının sərhədlərini yoxlamaq arzusu ilə izah edib.

“Əsas məqsəd 2016-cı ildə ifadə azadlığının sərhədlərini sınaqdan keçirməkdir. Mən heykəli qoyandan sonra nə olacaq? Sanksiyalar və həbs olacaqmı? Yaxud da sadəcə olaraq heykəli götürəcəklər?” - deyə heykəltəraş bildirib.

İtaya Zalaita 4,5 metr hündürlüyü olan monumentin üzərində üç ay işləyib.

Təl-Əviv hakimiyyəti isə heykəlin sökülməsi barədə tapşırıq verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm