Kılıçdaroğlu-Baxçalı zirvəsi başa çatdı - - FOTO - VİDEO
Bizi izləyin

Dünya

Kılıçdaroğlu-Baxçalı zirvəsi başa çatdı - - FOTO - VİDEO

"Konstitusiya dəyişikliyi ilə əlaqədar narahatlığımı paylaşdım"

Türkiyə Konstitusiyasına dəyişikliklə bağlı qanun layihəsi üzrə müzakirələrin ikinci mərhələsi öncəsi Milliyyətçi Hərəkat Partiyası (MHP) və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrləri Dövlət Baxçalı və Kamal Kılıcdaroğlu görüşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş 45 dəqiqə davam edib.

Görüşdən sonra siyasətçilər jurnalistlərin qarşısına keçib.

“MHP türk demokratiya tarixinin çox əhəmiyyətli bir partiyasıdır. Bu günlərdə mənim şəxsən görüşməyə ehtiyacım var idi. Konstitusiya dəyişikliyi ilə əlaqədar narahatlığımı paylaşdım. Dövlət Baxçalıya çox təşəkkür edirəm”, - deyə CHP lideri bildirib.

Görüşün nəticələri barədə məlumat verilməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm