İran XİN: Tramp nüvə razılaşmasını ləğv edərsə...
Bizi izləyin

Dünya

İran XİN: Tramp nüvə razılaşmasını ləğv edərsə...

"Tramp sürprizləri sevir və biz onu təəccübləndirməyə hazırıq".

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın nüvə razılaşması ilə bağlı mümkün addımları İranı narahat etmir. Çünki İran yaranacaq situasiyadan necə çıxacağını bilir.

Publika.az xəbər verir ki, bunu İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif deyib. Xatırladaq ki, daha öncə D.Tramp İranla əldə olunmuş razılaşmanı "uğursuz razılaşma" adlandırmışdı.

Seçki kampaniyası dövründə də o, dəfələrlə Obama administrasiyasını bu razılaşmaya görə qınayaraq, prezident seçiləcəyi təqdirdə razılaşmanı pozacağını bildirmişdi.

İran prezidenti Həsən Ruhani isə bu məsələ ilə bağlı bildirmişdi ki, D.Tramp razılaşmanı birtərəfli poza bilməz.

C.Zərif razılaşma yeni seçilmiş prezident tərəfindən ləğv edilərsə, İranın hansı addım atacağı ilə bağlı suala cavab olaraq bildirib ki, D.Trampın nüvə razılaşması ilə bağlı hansı addım atması İranı əsla narahat etmir: "Tramp sürprizləri sevir və biz onu təəccübləndirməyə hazırıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm