Üç ölkə Suriya məsələsində razılığa gəldi
Bizi izləyin

Dünya

Üç ölkə Suriya məsələsində razılığa gəldi

Rusiya, Türkiyə və İran birgə mübarizə aparmaq üzrə məsələləri razılaşdırır.

Rusiya, Türkiyə və İran Astanada Suriya üzrə yekun sənəddə İŞİD və “Ən-Nüsra” Cəbhəsi terror təşkilatları ilə birgə mübarizə aparmaq üzrə məsələləri razılaşdırır.

Publika.az xəbər verir ki, bu haqda “İnterfaks” agentliyinə Türkiyədən olan nümayəndə heyətindəki mənbə bildirib.

Onun sözlərinə görə, üç ölkə İŞİD-ə qarşı birgə mübarizəni aparmağa razılaşıblar. Mənbə qeyd edib ki, atəşkəs rejiminin təminatı üçün üç ölkənin qarşısında İŞİD və “Ən-Nüsra” Cəbhəsinin müxalifət qruplaşmalarından ayırmaq məsələsi dayanır.

Qeyd edək ki, bu gün Astanada Rusiya, Türkiyə və İranın iştirakı ilə Suriya üzrə danışıqların ikinci raundu keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm