Sabiq prezidentə bahalı avtomobil kolleksiyasını aparmağa icazə verdilər
Bizi izləyin

Dünya

Sabiq prezidentə bahalı avtomobil kolleksiyasını aparmağa icazə verdilər

Bir “Rolls Royce” və iki “Mersedes” markalı avtomobili artıq yük təyyarəsinə yüklənilib.

Qambiyanın sabiq prezidenti Yayya Cammeyə avtomobil kolleksiyasını saxlamağa və onu özü ilə Ekvator Qvineyasına aparmağa icazə veriblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qambiya prezidenti Adam Barrounun nümayəndəsi bildirib.

O, təsdiq edib ki, Yayya Cammenin ölkə ərazisindən göndərilməsi haqqında razılaşma əldə olunub.

Aeroportdakı mənbə bildirib ki, sabiq prezidentin avtomobil kolleksiyasındakı bir “Rolls Royce” və iki “Mersedes” markalı avtomobili artıq yük təyyarəsinə yüklənilib. Qalan avtomobillər də təyyarə yüklənilməsini gözləyir.

Xatırladaq ki, Qambiyada prezident seçkiləri dekabrın 1-də keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Birləşmiş Demokrat Partiyasının (UDP) namizədi Adam Barrou seçicilərin 45,5 faiz səsini qazanaraq qalib gəlib. 1994-cü ildə çevriliş nəticəsində hakimiyyətə gəlmiş Camme 36,7 faiz səs qazanıb.

Lakin Camme açıq şəkildə bildirib ki, seçkilərin nəticələrini qəbul etmir.

Ötən həftənin çərşənbə günü Qambiya parlamenti keçmiş prezidentin səlahiyyət müddətini uzadıb. Cümə günü isə Seneqal ordusu Qambiyaya daxil olub. Bundan sonra Camme 22 illik hakimiyyətdən imtina etməyə və səlahiyyətləri yeni prezidentə verməyə məcbur olub.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm