Rusiya terrorçulara tank və raket kompleksləri çatdırır - İDDİA
Bizi izləyin

Dünya

Rusiya terrorçulara tank və raket kompleksləri çatdırır - İDDİA

Deputat terrorçularda 900 zirehli döyüş və 350 ədəd hava hücumundan müdafiə sisteminin olduğunu bildirib.

Rusiya Federasiyası Donetsk və Luqansk “xalq respublikaları”nın terrorçularına müdafiə-sənaye kompleksinin məhsullarını, həmçinin tanklar, zenit-raket sistemləri və tank əleyhinə silahları çatdırır.

Publika.az xəbər verir ki, bu haqda Stokholm Beynəlxalq Sülh Tədqiqat Institutuna (SIPRI) istinadən Liqa.net saytı bildirib.

Daha əvvəl Ukrayna Ali Radasının deputatı, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk bildirib ki, Donetsk və Luqansk “xalq respublikaları”nın sərəncamında 380 tank var. Onun sözlərinə görə, “DXR” və “LXR”in ordu korpuslarında reaktiv yaylım atəş sistemləri və artilleriya raket sistemlərinin 1000 vahidindən çoxu var. Deputat terrorçularda 900 zirehli döyüş və 350 ədəd hava hücumundan müdafiə sisteminin olduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm