İran XİN: “Münaqişə tərəflərini təmkinli olmağa və danışıqlara dəvət edirik”
Bizi izləyin

Dünya

İran XİN: “Münaqişə tərəflərini təmkinli olmağa və danışıqlara dəvət edirik”

XİN sözçüsü İranın regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

“Biz münaqişə tərəflərini təmkinli olmağa və danışıqlara dəvət edirik”.

Publika.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi son günlər cəbhədə baş vermiş hadisələrə münasibət bildirərkən belə deyib.

“İran hər iki şimal qonşunu təmkinli olmağa dəvət edir və münaqişə tərəflərini sabitliyin yaranması üçün bütün səyləri göstərməyə çağırır” deyə Qasimi qeyd edib.

B.Qasimi problemin həlli üçün məsuliyyəti olan beynəlxalq təşkilatların və mexanizmlərin buna əməl edəcəklərnə ümidini ifadə edib.
XİN sözçüsü İranın regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflərlə əməkdaşlığa hazır olduğunu vurğulayıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm