Dünya
Qəddafini satan qəribə general... - Putin üçün xarabalıqlar üzərində yaranan ŞANS
Zəngin neft ehtiyatları olan Liviyada Rusiyanın təsiri hər gün artır.
Publika.az xəbər verir ki, bu haqda İsveçrənin “Neue Zuercher Zeitung” qəzetinin siyasi müşahidəçisi Ulrix Şmid yazıb.
Rusiyanın “Rosneft” dövlət neft konserninin rəhbəri İqor Seçin və Liviya neft şirkətinin (NOS) başçısı Mustafa Sanal bir neçə gün əvvəl Londonda əməkdaşlıq haqqında razılaşmanı imzalayıb. Şirkətlər neft axtarışları və hasilat imkanlarını öyrənəcəklər. Həmçinin “Rosneft” Liviyadan neft almağı üzərinə götürüb. Ancaq Liviyadan alınacaq neftin dəqiq miqdarı hələlik məlum deyil.
“Bütovlükdə, son zamanlar Rusiya açıq-aydın hücum xarakterli neft strategiyasına tərəfdardır. İki həftə əvvəl Rusiya dünyada ən böyük neft istehsalçısı statusunu Səudiyyə Ərəbistanından aldı. 2016-cı ilin dekabrında Misir sahilində neft yatağında pay əldə etdi. İndi isə Rusiya Afrikada ən böyük neft ehtiyatlarına malik olan Liviyada strateji maraqlarını ifadə edir” - siyasi müşahidəçi vurğulayıb.
Ulrix Şmid qeyd edir ki, Rusiya prinsip etibarilə sadəcə köhnə ənənələri yada salır:
“Moskva hələ Müəmmər Qəddafi dövründə Liviyaya sərmayə qoyub. Rusiya hələ xilas etmək mümkün olanları xilas etməyə çalışır. Qəddafinin devrilməsindən sonra Liviyada xaos hökm sürür. İndiki saziş valyuta gəlirlərini yenidən almağa başlamaq üçün şansdır”.
Rusiyanın Liviyada “lobbist”i rolunda generalı Xəlifə Xaftar çıxış edir. Xaftar Qəddafinin yaxın adamlarından idi, amma sonra onun düşməni oldu. General uzun müddət ABŞ-da yaşayıb və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrə malik olduğu təxmin edilir.
Bu ayın əvvəlində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib ki, Moskva Liviya generalı Xəlifə Xaftarı ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir:
”General Xaftar indiyə qədər İŞİD-lə mübarizədə çox şey edib və bundan sonra da edəcək. Onun sayəsində ölkə neft ixracını bərpa edib və resurslar əldə etməyə başlayıb”.
“Xaftar ötən il Aralıq dənizində neftdaşıyan limanların əksəriyyətini nəzarət altına alıb və o vaxtdan Rusiya prezidenti Vladimir Putin ona açıq maraq göstərir”, - Şmid yazıb.
Xaftar 2016-cı ilin sonunda Moskvaya gəlib. O, həmçinin Liviya sahillərində olan “Admiral Kuznetsov” təyyarədaşıyanının içində Moskva ilə video konfransda iştirak edib. Siyasi müşahidəçisi bildirir ki, bütün bu danışıqlarda neft haqqında söhbət aparılıb.
“Eyni zamanda şübhələr var ki, “Rosneft”lə razılaşmaya görə, Xaftarı silahlarla mükafatlandırırlar. Amma bu barədə sübutlar yoxdur və Rusiya iddiaları inkar edir”, - müəllif yekunlaşdırıb.
Ömər Dağlı
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO