Milyarderlərin yeni siyahısı açıqlandı
Bizi izləyin

Dünya

Milyarderlərin yeni siyahısı açıqlandı

“Blumberq” agentliyi dünyada 500 milyarderin yenilənmiş siyahısını açıqlayıb.

“Blumberq” agentliyi dünyada 500 milyarderin yenilənmiş siyahısını açıqlayıb.

APA-nın verdiyi məlumata görə, siyahının ilk pilləsində “Microsoft” qurucusu Bill Qeyts (85,6 milyard dollar), ikinci yerdə amerikalı sərmayədar Uorren Baffet (78,9 milyard dollar), üçüncü yerdə “Amazon” rəhbəri Ceff Bezos (73,5 milyard dollar) qərarlaşıb.

İlk onluqda “Inditex ” şirkətinin sabiq prezidenti Amansio Orteqa (69,3 milyard dollar), “Feysbuk” sosial şəbəkəsinin qurucusu Mark Tsukerberq (59,1 milyard dollar), meksikalı biznesmen Karlos Slim (53 milyard dollar), Çarlz və Devid Kox qardaşları (48,1 milyard dollar), “Koch Industries” korporasiyasının səhmlərinin əsas hissəsinin sahibi, “Oracle” korporasiyasının rəhbəri Larri Ellison (45,3 milyard dollar) və IKEA qurucusu İnqvar Kamprad (42,9 milyard dollar) daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm