ABŞ-da silahlı insident - Yaralılardan ikisi öldü (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

ABŞ-da silahlı insident - Yaralılardan ikisi öldü (YENİLƏNDİ)

Hazırda insidentin təfərrüatları müəyyənləşdirilir.

ABŞ-ın Klivlend şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində 2 nəfər ölüb, daha 2-i yaralanıb.

Bundan əvvəl 4 nəfərin yaralandığı bildirilirdi. Məlumata əsasən, ölənlər 17 və 19 yaşlı gənclərdir. Hadisə nəticəsində xəstəxanaya çatdırılan digər iki nəfərin vəziyyəti açıqlanmır.

İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir. (apa)

***

ABŞ-ın Klivlend şəhərində (Ohayo ştatı) baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, onların vəziyyətləri barədə hələ ki, məlumat verilmir.

Hazırda insidentin təfərrüatları müəyyənləşdirilir. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Ötən gün ABŞ-ın Ohayo ştatında baş verən atışma nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Tsintsinnati şəhərindəki “Kameo” gecə klubunda ən azı 2 nəfər klubdakı insanları atəşə tutub. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm