Həmkarının üzünə dedi: “ABŞ terror təşkilatına...” - YENİLƏNDİ - - VİDEO
Bizi izləyin

Dünya

Həmkarının üzünə dedi: “ABŞ terror təşkilatına...” - YENİLƏNDİ - - VİDEO

Mövlüd Çavuşoğlu Ankarada səfərdə olan amerikalı həmkarı Reks Tillersonla görüşüb.

Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Ankarada səfərdə olan amerikalı həmkarı Reks Tillersonla görüşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlu görüşdən sonra keçirilən birgə mətbuat konfransında ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası dövründə iki ölkənin əlaqələrinə təsir edən bəzi hadisələrin baş verdiyini deyib.

“Keçmiş administrasiyanın PYD/YPG ilə əməkdaşlığı, bizi hədəf alan bir terror təşkilatına verilən dəstək həm bizi təəsüfləndirdi, həm də türk xalqının ABŞ-a münasibətində mənfi iz buraxdı. ABŞ və Türkiyənin üzləşdiyi sınaqlar qarşısında oynaya biləcəyi çox əhəmiyyətli rolları var. Məsuliyyət sahəmiz, yalnız öz coğrafiyamızla məhdudlaşmır, bütün dünyadakı problemlərlə əlaqədardır. Türkiyə və ABŞ arasındakı dostluq hər zamandan daha güclü olmalıdır”, - Türkiyə xarici siyasət idarəsinin başçısı bildirib.

Çavuşoğlu bildirib ki, FETÖ lideri Fəthullah Gülənin Türkiyəyə qaytarılması üçün ABŞ-dan konkret addımlar gözləyir. O, Gülənin ən azından müvəqqəti həbs olunmasını istədiklərini deyib.

Tillerson 3 əsas mövzuda – İŞİD-in məğlub edilməsi, iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bölgədə sabitliyin təmin edilməsi barədə danışdıqlarını qeyd edib.

16:24

Türkiyədə səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş planlaşdırıldığından 1 saat çox davam edib.

Mətbuata qapalı görüş 2 saat 10 dəqiqə çəkib. Prezident yüksək vəzifəli qonağına terrorla mübarizədə qanuni oyunçuların əhəmiyyətli olduğunu deyib. Rəcəb Tayyib Ərdoğan bununla da ABŞ YPG terror təşkilatı ilə əməkdaşlığına mesaj verib.

Görüşdə terrorla mübarizə ilə yanaşı, ikitərəfli əlaqələr, regional məsələlər və FETÖ lideri Fəthullah Gülənin Türkiyəyə ekstradisiyası müzakirə edilib.

12:59

Türkiyədə səfərdə olan ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyənin baş naziri Binəli Yıldırımla görüşüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdə İŞİD, FETÖ və Fəthullah Gülənin ekstradisiyası kimi mövzular müzakirə edilib.

Dövlət katibi bu gün həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.


Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm