Konqresmenlər ermənilər üçün Trampa MÜRACİƏT ETDİ
Bizi izləyin

Dünya

Konqresmenlər ermənilər üçün Trampa MÜRACİƏT ETDİ

“Soyqırımı” kəlməsini deməsi üçün müraciət ediblər.

ABŞ prezidenti Donald Tramp bu gün ənənəvi “24 aprel” çıxışı edəcək.

Publika.az
xəbər verir ki, ABŞ-da prezidentlər qondarma “erməni soyqırımı” ilə bağlı hər il aprelin 24-də ənənəvi çıxış edirlər. Hər il ermənilər baş verənlərə “soyqırımı” deyiləcəyini gözləsələr də, bu arzuları reallaşmır. İndi bütün diqqət Donald Trampın üzərindədir. Tramp Ağ Evə gələndən sonra Türkiyə ilə münasibətləri pozacaq heç bir ifadə işlətməyib.

“The Nyu York Times” yazır ki, bəzi konqresmenlər Trampa “soyqırımı” kəlməsini deməsi üçün müraciət ediblər.

“Lakin böyük ehtimalla belə bir şey olmayacaq. Xüsusilə Tramp referendumla bağlı Ərdoğanı təbrik etməsindən sonra onun bu sözü işlətməyəcəyi dəqiqdir”, - deyə nəşr qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm