Tramp və Merkel arasında telefon danışığı oldu
Bizi izləyin

Dünya

Tramp və Merkel arasında telefon danışığı oldu

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, tərəflər ikitərəfli münasibətlər və aktual beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

“Liderlər Suriya və Yəməndə vəziyyət, eləcə də Şimali Koreyadan gələn təhdidləri müzakirə ediblər. Prezident Tramp Almaniya və Fransanın səylərini yüksək qiymətləndirərək Minsk razılaşmaları əsasında Ukraynada nizamlama üzrə danışıqların keçirilməsini dəstəkləyib”, məlumatda deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm