Dünya
Bu müsəlman ölkəsində fahişəlik qanunidir: 12 yaşli qızlar… - ŞOK FAKTLAR - - FOTOLAR
Bir sıra qərb ölkələrində fahişəlik leqaldır. Lakin Asiya ölkələrində, ələlxüsus da müsəlman ölkələrində bu “qədim peşə”nin qanuniləşdirilməsinə çox az hallarda rast gəlinir.
Publika.az a24.az saytına istinadən fahişəliyin qanuni olduğu Banqladeş haqqında maraqlı faktları təqdim edir.
Banqladeş ən kasıb müsəlman ölkəsi sayılır. Ölkə daha çox çəltik və çay istehsalı ilə tanınır. Bütün bu peşələrlə yanaşı, ölkədə pritonların fəaliyyəti də leqaldır. Lakin bir çox qərb ölkələrindən fərqli, burada qadınlar adətən maddi məcburiyyət və zorakılıq qarşısında bu yolu seçir.
Bu ölkədə insan alverinin qurbanı olanlar da az deyil. Ölkənin ən qədim və ikinci böyük fahişəxanası olan “Kandapara”da olan fotoqraf hər tərəfi qalın divarlarla bağlı olan bu kiçik fahişə şəhərciyini çəkdiyi fotolarla geniş şəkildə təqdim etməyə çalışıb.
“Kandapara” artıq 200 ildən çoxdur ki, fəaliyyət göstərir və 800-dən çox qadının sonuncu ümid yeridir. Ailədaxili şiddətə dözə bilməyən qadınlar “öz cəhənnəmimi özüm seçəcəm” deyərək buraya üz tutur.
“Kandapara”da hər il onlarla uşaq dünyaya gəlir. Əfsuslar olsun ki, burada doğulan qız uşaqları elə gələcək həyatlarını da seks işçisi kimi davam etdirməli olurlar.
Həm cəmiyyətin qınağı, həm də yaşam şəraitlərinin çətin olması,
onlara bu divarlardan kənardakı həyatda yaşamağa imkan vermir.
İnsan alverinin qurbanı olaraq fahişəxanaya satılan uşaqların yaşı,
əsasən, 12-14 yaş aralığında olur. Həmin uşaqlara daha böyük,
cazibədar görünsün, bədən ölçüləri banqladeşli kişilərin
istəklərinə uyğun olsun deyə vitamin adı ilə steroid və hormonlar
qəbul etdirilir. Bunun nəticəsidir ki, yetkinlik yaşına çatdığı
zaman onlarda sağlamlıq problemləri yaranır.
Fahişəxanaya satılan qızlar 5 il boyunca borclarını ödəməyə və
oradan çıxmağa çalışsalar da, müddət bitdikdən sonra da ictimai
qınaqlara görə fahişəxananı tərk edə bilmirlər.
Hazırda Banqladeşdə 10-larla fahişəxana leqal fəaliyyət
göstərir.
Hazırda Banqladeşdə cəmiyyətlə bağlı bir sıra qorxunc statistikalar eşidilməkdədir. Bunlardan biri azyaşlı qızları ehtiva edən göstəricilərdir. Belə ki, ölkədə hazırda rəsmi statistikaya görə 29% qız 16 yaşına çatmamış evləndirilir. 65 faizi isə 18 yaşına çatmamış evlənmək məcburiyyətində qalır.
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
-
İdman11:03
"Neftçi"də nə baş verir? - Qruplaşmalar, daxili çəkişmələr...
-
Sosial10:31
Hətta xasiyyəti belə dəyişən ay - Daim içki içən şəxs Ramazanda oruc tutarsa...
-
Ekologiya09:57
Rayonlara qar yağdı, şaxta düşdü - FAKTİKİ HAVA
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO