Etirazçılardan qaçan Ərdoğan marketə sığındı – Video
Bizi izləyin

Dünya

Etirazçılardan qaçan Ərdoğan marketə sığındı – Video

Somadakı mədən faciəsi haqqında hadisə yerində məlumat alan Baş nazir bələdiyyədən çıxdığı zaman vətəndaşlar tərəfindən protesto edilib. Ərdoğan bir müddət marketdə gözləyib.

Publika.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisanın Soma rayonunda mədən partlayışı və sonrasında yanğın zamanı 282-dən çox adam həlak olub. Dünən Türkiyənin Baş naziri R.T.Ərdoğan faciə haqqında məlumat almaq üçün hadisə yerinə yollanıb. Ancaq Baş nazir böyük bir etirazla qarşılanıb. Çarəni isə marketə girib bir müddət orada gözləməkdə görüb.

Qeyd edək ki, Somada baş verən kömür mədəni faciəsində Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız yerli Bakı vaxtıyla 00.00-da jurnalistlərə verdiyi açıqlamada ölü sayının 275 olduğunu bildirib.

Videonu təqdim edirik:

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm