ABŞ-dan YPG şərhi: “Müvəqqəti və taktiki...”
Bizi izləyin

Dünya

ABŞ-dan YPG şərhi: “Müvəqqəti və taktiki...”

Türkiyə YPG-nin yer alacağı Rakka əməliyyatına qəti şəkildə qarşı çıxır.

ABŞ-ın YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı –red.) ilə əlaqəsi müvəqqəti və taktikidir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə köməkçisi Conatan Koen deyib.

“Savaşın yaratdığı şərtlərə görə YPG ilə əlaqə qurmuşuq. Çünki Suriya Demokratik Gücləri Rakkanın İŞİD terror qruplaşmasından azad edilməsində əhəmiyyətli rola sahibdir. YPG ilə əlaqəmiz müvəqqəti və taktikidir”, - amerikalı diplomat bildirib.

Qeyd edək ki, Türkiyə YPG-nin yer alacağı Rakka əməliyyatına qəti şəkildə qarşı çıxır.

Koen PKK-nın İraqın Şengal bölgəsindən çıxarılması üçün isə İŞİD-in Mosulda məğlubiyyətinin vacib olduğunu ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm