Son etiraz aksiyalarında Robert Köçəryan izi
Bizi izləyin

Dünya

Son etiraz aksiyalarında Robert Köçəryan izi

Erməni analitiki Boris Navasardyan hansısa bir mərhələdə müxalifət güclərinin birləşə biləcəyini və hakimiyyət üçün təhlükəli olacağını istisna etmir. B.Navasardyan “Mən – qarşı!” mitinqinin çox yaxşı təşkil olunduğunu deyir.

Keçən həftə Ermənistanın müxtəlif yerlərində pensiya sistemində islahatların aparılmasına etirazlar keçirildi. Onlardan biri də paytaxt İrəvanda “Mən-qarşı!" adı ilə keçirilirdi. Mitinqdə təxminən 10 min insan iştirak etdi. Mitinqə dörd müxalifət partiyası - “Daşnaksutyun” Erməni İnqilabçı Federasiyası, Erməni Milli Konqresi (EMK), “Çiçəklənən Ermənistan" və “İrs” patiyaları qatılmışdı.

Yığım pensiya sisteminin tətbiqi barədə qanun layihəsi ötən il boyu davam edən etirazlara baxmayaraq Ermənistan parlamentində qəbul edilib və yanvarın 1-dən qüvvəyə minib. Yeni qanuna görə, 1974-cü ildən sonra anadan olanlar Pensiya Fonduna məcburi qaydada öz əmək haqlarının 5 faizini ödəməlidir. Maaşların həcmindən asılı olaraq yığım faizi 10-a qədər arta bilər.

Ermənistan parlamentinin müxalifətdən olan deputatları qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə yanvarın 25-dək qərar çıxarmalıdır.

EMK-nin liderlərdən biri Levon Zurabyan yığım pensiya sisteminin tətbiqi barədə qanunun soyğunçu mahiyyət daşıdığını düşünür. O, bu sistemin Qərbdə uğurla sınaqdan keçirildiyini, qanun Ermənistan üçün keçərli olmadığını bildirib. “Qərb ölkələrində dövlətin müdafiə etdiyi inkişaf etmiş maliyyə institutları, pensiya və investisiya fondları var. Amma bizdə vəziyyət necədir? Biz bandokrat rejimə etibar edə bilərikmi? Hansı ki, bu rejimin idarəçiliyi dövründə ölkədən qanunsuz olaraq çıxarılan kapitalın həcmi beş milyard dollar təşkil edib”, - L.Zurabyan bildirib.

Erməni müxalifəti hazırda Konstitusiya Məhkəməsinin qərarını gözləyir. Amma erməni siyasətçisi Naira Zoqrabyan Konstitusiya Məhkəməsinin müxalifəti, ümumilikdə erməni cəmiyyətini razı saza biləcək qərar verəcəyinə böyük ümid bəsləmir. “Amma heç olmasa inanmaq lazımdır ki, bu dəfə ən yüksək məhkəmə instansiyası hakimiyyəti idarə edən qəbilənin maraqlarına xidmət etməyəcək, xalqın maraqlarını qoruyacaq”, - o, bildirib.

Erməni cəmiyyətində yayılan bəzi iddialara görə, Ermənistanda sosial gərginliyin növbəti dəfə artmasında siyasətə qayıtmağı plaınlaşdırılan ölkənin ikinci prezidenti Robert Köçəryan maraqlıdır. Lakin N.Zoqrabyan bu iddialarla razı deyil. Onun fikrincə, nümayişlər qanunauyğundur, çünki xalq öz maraqlarını qorumaq istəyir. “Dövlət reketçiliyinə qarşı birgə mübarizəmizlə hakimiyyətin özbaşınalığını dayandırmağı bacaracağıq”, - N.Zoqrabyan hesab edir.

Erməni analitiki Boris Navasardyan hansısa bir mərhələdə müxalifət güclərinin birləşə biləcəyini və hakimiyyət üçün təhlükəli olacağını istisna etmir. B.Navasardyan “Mən – qarşı!” mitinqinin çox yaxşı təşkil olunduğunu deyir.

Hakimiyyətlə erməni cəmiyyətinin yeni qarşıdurması necə və nə zaman bitəcəyi 25 Yanvar tarixində bəlli ola bilər. İrəvandakı şənbə mitinqinin təşkilatçıları bildirirlər ki, Konstitusiya Məhkəməsi sözügedən qanunu qüvvədə saxlayarsa, Ermənistanda daxili vəziyyətinin pisləşməsi dönməz xarakter alacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm