“Böyük Britaniyaya getməyin!” – hökumətdən ÇAĞIRIŞ
Bizi izləyin

Dünya

“Böyük Britaniyaya getməyin!” – hökumətdən ÇAĞIRIŞ

Bu ölkədə terror təhlükəsi həyəcanı “qırmızı səviyyə” elan edilib.

Avstraliya hökuməti Böyük Britaniyaya səfər edən vətəndaşlarını terror ehtimalı ilə əlaqədar diqqətli olmağa çağırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Avstraliyanın Xarici İşlər və Ticarət Nazirliyi yazılı açıqlama yayıb.

Açıqlamada deyilir ki, Böyük Britaniyaya səfər edən və ya edəcək Avstraliya vətəndaşları İngiltərədə mövcud olan terror ehtimalları ilə əlaqədar diqqətli olmalı, insanlar kütləvi olduğu məkanlardan uzaq dayanmalıdır.

Açıqlamada vurğulanır ki, ötən gün İngiltərənin Mançester Arena stadionunda 22 nəfərin ölümü və 59 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə əlaqədar bu ölkədə terror təhlükəsi həyəcanı “qırmızı səviyyə” elan edilib:

“Bütün bunlara görə də Avstraliya vətəndaşları mümkün qədər Böyük Britaniyaya səfər etməsin. Səfər edən vətəndaşlar isə terrorla bağlı tövsiyələrə diqqətlə yanaşsın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm