Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ: “Bizi buna məcbur etməyin”
Bizi izləyin

Dünya

Şimali Koreya ABŞ-ı HƏDƏLƏDİ: “Bizi buna məcbur etməyin”

Cenevrədə keçirilən beynəlxalq silahsızlaşdırmaq üzrə konfransda Şimali Koreya nümayəndəsi ABŞ-ı hədələyib.

Publika.az
xəbər verir ki, Pxenyanın nümayəndəsi ABŞ-ın Şimali Koreyanı əsassız yerə təcrid etdiyini, ballistik raketlər və nüvə sınaqlarına haqqı olmadan qarışdığını deyib. Əlavə edib ki, ABŞ-ın təzyiqləri artdıqca, Pxenyan silah arsenalının müasirləşdirilməsini ikiqat artıracaq.

“ABŞ-ın sübutsuz davranışı və onların müttəfiqləri bizim özünümüdafiəmizin qanuniliyini inkar edir. Lakin bu, bizim nüvə potensialımızı və silah arsenalımızı iki qat artırmağa məcbur edəcək”, - deyə Şimali Koreya nümayəndə heyətinin üzvü bildirib.

Qeyd edək ki, ABŞ Şimali Koreyanın ballistik raket sınaqlarını, həmçinin, nüvə potensuialını dünya üçün təhlükə adlandıraraq, Koreya yarımadasına qoşun yeridib. Hazırda qarşıdurma davam edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm