“Türkiyə oranı ələ keçirir!” - İsrail TƏLAŞDA
Bizi izləyin

Dünya

“Türkiyə oranı ələ keçirir!” - İsrail TƏLAŞDA

Türkiyə Şərqi Qüdsdəki fələstinlilərə dəstək göstərir və şəhərin müsəlman kimliyini gücləndirməyə çalışır.

Publika.az xəbər verir ki, bu haqda İsrailin Baş naziri Benyamin Netanyahuya yaxınlığı ilə tanınan “Israel Hayom” qəzeti yazıb.

“Ərdoğanın Tapınaq Təpəsində (Məscidi-i Əqsa) güclənməsi” başlıqlı yazıda Osmanlı İmperiyasının süqutundan bir əsr sonra Türkiyənin şəhərin şərqinə milyonlarla dollar axıtdığı qeyd olunub. Nəşr Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) 2004-ci ildən bu yana milyonlarla dollar xərclədiyi 63 layihəni tamamladığını qeyd edib.

Qəzet Şərqi Qüds mağazalarında getdikcə artan Türkiyə bayraqlarına diqqət çəkib.

Ötən həftələrdə Qüdsün yəhudi bələdiyyə başçısının iki məsləhətçisi tərəfindən hazırlanan bir hesabat “Türklər Qüdsü ələ keçirir” başlığı ilə dərc edilmişdi.

Qeyd edək ki, 1949-cu ildən İsrail Qüdsü paytaxt elan edib. 1967-ci ildən İsrail bütün şəhər ərazisinə nəzarət edir. Şəhərin şərq hissəsi üzərində İsrailin suverenliyi, eləcə də şəhərin bütövlükdə İsrail paytaxtı kimi statusu beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsi tərəfindən tanınmayıb. Bütün xarici səfirliklər Təl-Əvivdə yerləşir.

Netanyahu ötən ay Likud Partiyasının toplantısında çıxışı zamanı Qüdsü növbəti dəfə yəhudilərin və İsrailin əbədi paytaxtı adlandırıb.

İsraillə Fələstin arasında ən ciddi mübahisələrdən biri Qüdslə bağlıdır. Hər iki ölkə bu şəhəri müqəddəs sayır və paytaxtı hesab edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm