Tələbələri daşıyan avtobus aşdı: 15 ölü
Bizi izləyin

Dünya

Tələbələri daşıyan avtobus aşdı: 15 ölü

Argentinanın Mendoza əyalətində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, tələbələrə dolu avtobus aşıb. Hadisə nəticəsində avtobusun içərisində olan 50 tələbədən 15-i ölüb.

Əyalətin səhiyyə naziri Klaudiya Najulun açıqlamasına əsasən, rəqs məktəbindən qayıdan tələbələr və valideynlərini daşıyan avtobus naməlum səbəblərdən qəzaya uğrayıb:

"İlkin məlumatlara görə, sürücü daxil olmaqla, 15 nəfər həyatını itirib, 22 nəfər ağır yaralanıb".

Polislər hadisənin yüksək sürət səbəbindən baş verdiyini deyib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm