Sui-qəsdi Rusiya kəşfiyyatçıları törədib? – Moskvadan CAVAB
Bizi izləyin

Dünya

Sui-qəsdi Rusiya kəşfiyyatçıları törədib? – Moskvadan CAVAB

Bu gün Kiyevdə Maksim Şapovalın avtomobili partladılıb.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlılarının komandiri Maksim Şapovalın qətlində Rusiya xüsusi xidmət orqanlarının iştirakı barədə səsləndirilən ittihamlar xəstə təxəyyülün meyvəsidir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin istefada olan generalı, Federasiya Şurasının üzvü Vladimir Cabarov deyib.

Xatırladaq ki, bu gün Kiyevdə Maksim Şapovalın avtomobili partladılıb. Hadisə nəticəsində o həlak olub. Ukrayna Ali Radanın deputatı, Ukrayna Daxili İşlər Nazirliyinin başçısının məsləhətçisi Anton Geraşenko sui-qəsddə Rusiya xüsusi xidmət orqanlarını ittiham edib.

Ukrayna KİV-inin yazdığına görə, Maksim Şapoval Rusiyanın Ukraynadakı fəaliyyətinə qarşı aktiv mübarizə aparıb. Bu səbədən ona sui-qəsd edildiyi bildirilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm