Trampdan Putinlə görüş təlimatı - GÜZƏŞTLƏRİN SİYAHISI HAZIRLANIR
Bizi izləyin

Dünya

Trampdan Putinlə görüş təlimatı - GÜZƏŞTLƏRİN SİYAHISI HAZIRLANIR

ABŞ prezidenti Donald Tramp məsləhətçilərdən Rusiyaya mümkün güzəştlərin siyahısını hazırlamağı xahiş edib.

Publika.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın “The Guardian” nəşri vəziyyətlə tanış olan Ağ Evin keçmiş məmurlarına istinadən yazıb.

Güzəştlər siyahısından 7-8 iyun tarixlərində Almaniyada keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşdə istifadə edilməsi nəzərdə tutulur. Amma nəşrin həmsöhbətlərinə görə, Rusiya və ABŞ prezidentlərinin birinci görüşü çətin ki, iki ölkənin münasibətlərində sıçrayışa gətirib çıxara.

Qəzetin məlumatına görə, Trampın Putinlə tam formatda görüş üçün təkid etməsi Ağ Ev administrasiyasında narazılıq yaradıb. Administrasiyanın bəzi məmurları hesab edirlər ki, Putinlə görüş “qısa və qeyri-formal” olmalıdır.

Görüşün formatı indiyə qədər müəyyən edilməyib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm