Somadakı axtarış-xilasetmə işləri dayandırılıb
Bizi izləyin

Dünya

Somadakı axtarış-xilasetmə işləri dayandırılıb

Somadakı şaxtada altı gün bundan əvvəl baş vermiş partlayışla əlaqədar yeraltı işlər dayandırılıb.

Somadakı şaxtada altı gün bundan əvvəl baş vermiş partlayışla əlaqədar yeraltı işlər dayandırılıb.

Əmək müfəttişliyi İdarəsinin nümayəndələri Somada tədqiqat aparıblar.


Üç əmək müfəttişi şaxtanın içində xilasetmə işləri başa çatdıqdan sonra yenidən araşdırma aparıblar. Onların yerin altında keçirdikləri işlər nəticəsində havalandırma sisteminin, qazın verilməsinin və istehkam qurğularının son vəziyyətinin yoxlanılması aparılıb.

Aparılan araşdırmalardan sonra Əmək müfəttişliyi İdarəsi şaxtada təhlükəsizlik tədbirlərinin və fəsadların aradan qaldırılması üzrə işlərdən başqa bütün yeraltı işlərin dayandırılması barədə qərar qəbul edib.

Bundan başqa şaxtaçıların iş vaxtı və əmək haqqı barədə məlumatları araşdırmaq üçün iki müfəttişdən ibarət nümayəndə heyəti yaradılıb. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm