Ölkəni ayağa qaldıran gənc qız saxlanıldı (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Ölkəni ayağa qaldıran gənc qız saxlanıldı (YENİLƏNDİ)

Səudiyyə Ərəbistanında başıaçıq və qısa yubka tarixi ərazidə video çəkərək paylaşan qız polis bölməsində nəzarətə alınıb.

Publika.az xəbər verir ki, Riyad şəhərinin tarixi məkanlarından birində qısa yubkasını nümayiş edərcəsinə video çəkib sosial mediada paylaşan gənc qadın xalqın mentalitetinə uyğun davranmamaqda günahlanırılıb.

Polisə ifadə verən gənc qadın görüntülərin onun xəbəri olmadan paylaşıldığını deyib.

Hadisənin detallı araşdırılması üçün cinayət işi Baş Prokrorluğa göndərilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının qanunlarına görə, ictimai məkanlarda qadınlar başıaçıq vəziyyətdə gəzə bilməz.

Bundan başqa, Səudiyyə Ərəbistanında qadınların avtomobil idarə etməsinə də icazə verilmir. Qadınlar həyat yoldaşlarının və ailələrinin icazəsi olmadan pasport alıb xaricə səyahət edə bilməz.

***

Səudiyyə Ərəbistanında başıaçıq və qısa yubka tarixi ərazidə video çəkərək paylaşan bir qız bütün ölkəni ayağa qaldırıb.

Publika.az xəbər verir ki, video sosial mediada da sərt reaksiyalar doğurub.

Bəzi sosial media istifadəçiləri qızın həbs olunmasını tələb edib.

Gənc qızı müdafiə edənlər isə Donlad Trampın həyat yoldaşı və qızının Səudiyyə Ərəbistanına gələrkən geyindikləri geyimləri xatırladaraq ona haqq qazandırıb.

Xatırladaq ki, Melania və İvanka Tramplar Səudiyyə Ərəbistanına gələrkən başlarını örtməmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm