Avropa İttifaqı: “Qətər böhranı yalnız bu yolla həll oluna bilər”
Bizi izləyin

Dünya

Avropa İttifaqı: “Qətər böhranı yalnız bu yolla həll oluna bilər”

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqherini Körfəz monarxiyaları arasındakı böhranın ən qısa zamanda həllini tapması üçün görüşlərin keçirilməsini təklif edib.

Publika.az xəbər verir ki, o, bu məqsədlə Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn arasında birbaşa müzakirələr aparılmasını tövsiyə edib.

Mərkəzi Qahirədə yerləşən Ərəbistan Araşdırma Mərkəzinin körfəz ölkələri üzrə mütəxəssisi Əhməd Tələt də F.Moqherini dəstəklədiyini bildirib:

“Avropa İttifaqı Qətər böhranı ilə bağlı müzakirələrə dəstək verməyə və problemin həlli yollarının tapılmasına yardım etməyə hazır olduğunu açıqlayıb. Avropalılar Qətər böhranının həllində yer alan vasitəçilərlə birlikdə terrora qarşı mübarizə aparmağa da hazırdır”.

O, həmçinin, böhran yaşayan ölkələrə təzyiq göstərmək üçün bütün mümkün diplomatik və siyasi yollardan istifadə edilməsini məsləhət görüb:

“Tərəfləri müzakirə masasına oturtmaq lazımdır. Ərəb bölgəsi və bütün Yaxın Şərqin gələcəyi buna bağlıdır. Gərginliyin artmağa davam etməsi Səudiyyə Ərəbistanı ilə İran arasında müharibəyə səbəb ola bilər. Türkiyənin də bəzi ölkələrə müdaxilə etməsi əlavə gərginliyə yol aça bilər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm